...

DİN Qubadakı yol qəzası ilə bağlı məlumat yayıb

Gündəm Materials 10 Sentyabr 2023 23:20 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti