...

Bu tarixdən metronun bütün stansiyalarında QR biletlə ödəniş mümkün olacaq (ÖZƏL)

Gündəm Materials 12 Sentyabr 2023 11:55 (UTC +04:00)
Bu tarixdən metronun bütün stansiyalarında QR biletlə ödəniş mümkün olacaq (ÖZƏL)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonuna qədər metronun əksər stansiyalarında QR biletlə ödəniş sisteminin tətbiqi gerçəkləşəcək.

Bunu Trend-ə özəl açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, hazırda sərnişin kontingenti nəzərə alınmaqla, “BakıKart” mobil tətbiqinin QR biletlərindən ödəniş sistemi iki stansiyada “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq olunur.

"Bir aydan sonra "Avtovağzal", "Memar Əcəmi" stansiyalarında, sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında bu sistemin tətbiqinə başlanılacaq. Bu ilin sonuna qədər əksər stansiyalarda bu sistemin tətbiqi gerçəkləşəcək".

Onun sözlərinə görə, QR biletlərindən ödəniş sistemi gələn ilin brinci rübündən isə bütün stansiyalarda olacaq.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti