...

ABŞ erməni lobbisindən Azərbaycana qarşı kampaniyada alət kimi istifadə edir

Gündəm Materials 16 Sentyabr 2023 19:36 (UTC +04:00)
ABŞ erməni lobbisindən Azərbaycana qarşı kampaniyada alət kimi istifadə edir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər ABŞ Konqresinin və ABŞ Dövlət Departamentinin Anti-Azərbaycan kampaniyasını izləyərkən, belə bir fikrə gəlmək olar ki, ABŞ-dakı Erməni lobbisi nə qədər güclü olsa da, onlar ABŞ-dan yox, ABŞ dövləti özü Erməni Lobbsindən Azərbaycana qarşı həyata keçirdiyi siyasətdə alət kimi istifadə edir.

Trend xəbər verir ki, bu barədə "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

"Aydındır ki, Konqresmen Bob Menendez fərdi olaraq öz maraqları çərçivəsində hərəkət edir (korrupsiya və ermənilərlə qohumluq səbəbindən və s). Amma Menendezin bəyanatına oxşar şəkildə ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kimin söylədikləri, bu kampaniyanın təkcə, "çünki arvadı ermənidir" səbəbilə həyata keçirilməməsini sübut edir.

ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı hamıya bəllidir. Dünyanın müxtəlif bölgələrindəki münaqişələrə ABŞ selektiv olaraq yanaşır. Yəni burada ABŞ dünyaya bəyan etdiyi insan hüquqları və bərabərlik prinsipləri deyil, fərdi milli maraqlar önə çıxır.

Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı.

Hal-hazırda Azərbaycanla Ermənistan arasında normalizasiya prosesinə maneə törətmək istəyən müəyyən qüvvələr mövcuddur. Fransanın siyasəti məlumdur. Bu ölkə tam olaraq Ermənistanın tərəfində olduğunu hamıya açıq bəyan edir və Azərbaycana qarşı öz nifrətini belə müxtəlif məmurları vasitəsilə göstərir. ABŞ da Fransa və Rusiya kimi, ATƏT MQ-nin həmsədri kimi turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu qrup uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. 30 il Azərbaycana məğlubiyyətləbarımağa məcburetmə siyasətindən istifadə olunurdu. Lakin Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti