...

Qarabağda vəziyyətin dekriminallaşması ilə bağlı ciddi işlər aparılır - DİN

Gündəm Materials 2 Oktyabr 2023 14:56 (UTC +04:00)
Qarabağda vəziyyətin dekriminallaşması ilə bağlı ciddi işlər aparılır - DİN
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Xocalı. Trend:

Qarabağ iqtisadi rayonunun bütün bölgələrində, küçələrdə, kəndlərdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparılır.

Trend-in Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birgə bu işin təşkili və aparılması diqqət mərkəzindədir.

“Yalnız narkotik vasitələr yox, sürpiz mina hallarına qarşı da ciddi şəkildə işlər həyata keçirilir. Dünən də bir neçə rayonda, körpülərdə, su hövzələrində və insanların hərəkət edə biləcəyi ehtimal olunan yerlərdə mina təhlükəsinin olduğu müəyyənləşib", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti