...

VIII Henrixin 510 il əvvəl yazdığı məktub hərraca çıxarıldı

Gündəm Materials 5 Oktyabr 2023 14:13 (UTC +04:00)
VIII Henrixin 510 il əvvəl yazdığı məktub hərraca çıxarıldı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə monarxı VIII Henrix tərəfindən 510 il əvvəl yazılmış və imzalanmış nadir məktubun nüsxəsi hərraca çıxarılıb.

Trend xəbər verir ki, ölçüsü 20x38 santimetr olan məktub kral qarderobunun mühafizəçisi ser Endryu Vindzora göndərilib və üzərinə “Henry R” imzası qoyulub. R - latın dilində “Rex” – kral sözünün qısaltmasıdır.

Sövdələşmələr “Paul Fraser Collectibles” hərrac evində holland formatında keçiriləcək. Bu formatda əvvəlcə hərraca çıxarılan məhsul üçün ən yüksək qiymət elan olunur, daha sonra isə qiymət get-gedə aşağı salınır və lot onu həmin qiymətə almağa razı olan ilk alıcıya satılır.

Məktub 65 min funt sterlinq (təxminən 135 min manat) dəyərində qiymətləndirilir. Lotun dəyəri hər cümə axşamı 5 min funt sterlinq məbləğində aşağı salınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti