...

HƏMAS yaxın günlərdə bir neçə əcnəbi girovu azad edəcək

Gündəm Materials 31 Oktyabr 2023 23:04 (UTC +04:00)

Bakı. Trend:

Fələstinin HƏMAS hərəkatının "İzzəddin əl-Qəssam Briqadaları" silahlı qanadı yaxın günlərdə saxladığı bir neçə əcnəbi girovu azad etmək niyyətində olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə HƏMAS-ın silahlı qanadının rəsmi nümayəndəsi Əbu Übeydə bildirib.

Onun sözlərinə görə, Qəzzada saxlanılan xarici dövlətlərin vətəndaşları olan şəxslərin azad edilməsi üçün bir sıra ölkələr vasitəçilər vasitəsilə müraciət ediblər.

"Vasitəçilərə bildirmişik ki, yaxın günlərdə bir neçə əcnəbini azad edəcəyik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti