...

Türkmənistan qadınların bütün sferalarda bərabərliyini dəstəkləyir - Akjemal Durdiyeva

Gündəm Materials 20 Noyabr 2023 12:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan qadınların bütün sferalarda bərabərliyini dəstəkləyir.

Trend xəbər verir ki, bunu Türkmənistan Qadınlar İttifaqı Mərkəzi Şurasının sədri Akjemal Durdiyeva Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Qadınlara hörmət türkmən xalqının mentalitetində əksini tapıb. Gender bərabərliyi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə bütün öhdəliklər yerinə yetirilir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti