...

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır

Gündəm Materials 29 Noyabr 2023 16:27 (UTC +04:00)
İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında böyük tələfat verən xəstəliklər var ki, icbari sığortadan kənardadır.

Trend-in məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, bu gün nə qədər analar döş xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir.

"Onkoloji dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılıb. Amma yaxşı olardı ki, proses sürətləndirilsin", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar iştirak edir.

Xəbər lenti

Xəbər lenti