Bakı. Trend:
Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi, müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb.