...

Respublika Klinik Xəstəxanasında yanğın baş verməyib, təlim keçirilir (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 13 Yanvar 2024 13:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Respublika Klinik Xəstəxanasında yanğın baş verməyib, təlim keçirilir.

Trend xəbər verir ki, sosial şəbəkələrdə və bir sıra yerli KİV-də Respublika Klinik Xəstəxanasında yanğın baş verməsi ilə bağlı məlumat və görüntülər yayılıb.

Trend-in aidiyyəti qurumlardan əldə etdiyi məlumata görə, xəstəxanada heç bir yanğın baş verməyib və yayılan görüntülər də təlim görüntüləridir.

xxx

Bu gün Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda birgə təlim keçirilib.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.

Xəbər lenti

Xəbər lenti