...

Qərb Aşdod limanı vasitəsilə Qəzzaya humanitar yardım çatdırmaqda israrlıdır - KİV

Gündəm Materials 22 Yanvar 2024 05:58 (UTC +04:00)
Qərb Aşdod limanı vasitəsilə Qəzzaya humanitar yardım çatdırmaqda israrlıdır - KİV

Bakı. Trend:

ABŞ, Böyük Britaniya və Avropa rəsmiləri humanitar yardımın Aşdod limanı vasitəsilə Qəzza zolağına daxil olması üçün İsrailə təzyiq edir.

Trend-in məlumatına görə, bu barədə “The New York Times” (NYT) nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Dövlət katibi Antoni Blinken yanvarın əvvəlində Tel-Əvivdə İsrail hakimiyyətinin nümayəndələri ilə danışıqlar zamanı bu məsələni qaldırıb. Qərbin planına görə, mallar İsrailin Aşdod limanına, oradan isə Kerem Şalom keçid məntəqəsinə və Qəzzaya daşınacaq.

Nəşr yazır ki, razılığa gəlmək yolunda kiçik bir addım İsrailin Aşdod limanı vasitəsilə Fələstin əhalisinə un tədarükünə icazə verməsi olub.

BMT-nin Baş katibi Antonio Quterreş dəfələrlə bəyan edib ki, Kerem Şalom və Rəfah keçid məntəqələrinin imkanları Fələstin əhalisinin ehtiyaclarını ödəmək və humanitar fəlakəti həll etmək üçün kifayət etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti