...

Parisdə COP28 və COP29-a həsr olunmuş yüksək səviyyəli dəyirmi masa işə başlayıb

Gündəm Materials 20 Fevral 2024 12:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa işə başlayıb.

Trend xəbər verir ki, toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev təmsil edir.

Dəyirmi masada dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edirlər.

Dəyirmi masada COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçirilən müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etməkdir.

Xəbər lenti

Xəbər lenti