Bakı. Trend:
ABŞ Qəzza zolağına müvəqqəti liman açmaq və humanitar yardım çatdırmaq üçün avadanlıq daşımağa başlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində yazıb.
"9 mart 2024-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin "General Frank S. Besson" gəmisi <...> Lenqli-Eustis bazasını tərk edərək Aralıq dənizinin şərqinə doğru yola düşdü", - deyə bildirilib.
Məlumata əsasən, gəmi Fələstin anklavına mühüm humanitar ləvazimatların çatdırılması üçün müvəqqəti liman yaratmaq üçün nəzərdə tutulmuş avadanlıq daşıyır.
