...

ABŞ mülki əhalinin müdafiəsi planı olmadan Rəfah əməliyyatını dəstəkləməyəcək - Pentaqon

Gündəm Materials 27 Mart 2024 05:21 (UTC +04:00)
ABŞ mülki əhalinin müdafiəsi planı olmadan Rəfah əməliyyatını dəstəkləməyəcək - Pentaqon

Bakı. Trend:

ABŞ mülki əhalinin müdafiəsi planı olmadan İsrailin Rəfah əməliyyatına dəstək verməyəcək.

Trend-in məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla görüşdə deyib.

“Lloyd Ostin israilli həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton hələ də İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində fələstinli mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün lazımi plan olmadan genişmiqyaslı quru əməliyyatı keçirməsini dəstəkləmir”, - bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.

Rayder, həmçinin tərəflərin Qəzzaya humanitar yardım tədarükünün artırılması üçün dəniz dəhlizini də müzakirə etdiyini vurğulayıb. Bundan əlavə, Pentaqonun İsrail və Livan arasındakı sərhəddə gərginliyin həlli üçün diplomatik yolun tapılmasını dəstəklədiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti