...

Çin görmə qabiliyyəti zəif olan insanlar üçün süni intellektlə dəstəklənən robot it hazırlayıb

Gündəm Materials 28 Mart 2024 13:08 (UTC +04:00)
Çin görmə qabiliyyəti zəif olan insanlar üçün süni intellektlə dəstəklənən robot it hazırlayıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Şaansi əyalətinin Sian şəhərindəki Şimal-Qərb Politexnik Universitetinin tədqiqatçıları ölkədə 17 milyondan çox görmə qüsurlu insan olduğu üçün süni intellektlə dəstəklənən robot bələdçi it hazırlayıblar.

Trend-in məlumatına görə, hələ inkişafının ilk mərhələsində olan robot it görmə qabiliyyəti zəif olan insanların həyatını xeyli asanlaşdıracaq.

Məlumata görə, o, insanların göstərişlərini başa düşə, söhbət edə və hətta küçələr və qapalı məkanlar kimi müxtəlif mühitlərdə insanlara yol göstərə bilir.

Qeyd edək ki, tədqiqat qrupu bildirir ki, bu robot insanı daha təhlükəsiz istiqamətləndirdiyi üçün görmə qabiliyyəti zəif olan insanlar üçün adi itdən çox daha uyğundur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti