...

Misir İsrailin Qəzzada imzaladığı atəşkəs razılaşmasının şərtlərini dəyişib

Gündəm Materials 22 May 2024 06:24 (UTC +04:00)

Bakı. Trend:

"HƏMAS"a təhvil verməzdən əvvəl Misir İsrailin Qəzza zolağında imzaladığı atəşkəs razılaşmasının şərtlərini dəyişib.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

"Misir kəşfiyyatı İsrailin bu ayın əvvəlində artıq imzaladığı atəşkəs razılaşmasının şərtlərini gizlicə dəyişdi, nəticədə israilli girovları və fələstinli məhbusları azad edə biləcək və Qəzzada döyüşlərin müvəqqəti dayandırılmasına zəmin yarada biləcək razılaşmanı pozdu", - deyə telekanalı məlumatlı mənbələrə istinadən bildirib.

Onlar bildiriblər ki, Misir kəşfiyyatı tərəfindən edilən dəyişikliklər ABŞ, Qətər və İsrail rəsmiləri arasında qəzəb və qınama dalğasına səbəb olub və atəşkəs danışıqlarının dalana dirənməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti