Qazax. Trend:
Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Xeyrımlı kəndində də olublar.
Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə baş tutub.
Səfər zamanı ərazi barəsində media nümayəndələrinə ətraflı məlumat verilib.
xxx
18:37
Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Aşağı Əskipara kəndində olublar.
Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə baş tutub. Media nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar.
Jurnalistlər kənddə dağıdılmış evlərlə tanış olublar.
Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.