...

"HƏMAS" İsraillə bu şərtlə razılığa gəlməyə hazırdır

Gündəm Materials 30 May 2024 22:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrail qüvvələrinin anklavda döyüşlərini dayandıracağı təqdirdə Qəzza zolağında nizamlama ilə bağlı İsraillə razılıq əldə etməyə hazır olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "HƏMAS"ın "Telegram" kanalında yayımlanan bəyanatda bildirilib.

Bildirilib ki, "HƏMAS" rəhbərliyi vasitəçilərə “müharibə və Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzkarlığa son qoyulacağı təqdirdə, hərəkatın tam razılığa gəlməyə hazır olduğu barədə qəti mövqeyi"ni bildirdi. Məlumata əsasən, bura girovların mübadiləsinə dair hərtərəfli sazişlər də daxildır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti