Bakı. Trend:
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Tibb İdarəsində görüş keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov və Qırğız Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Amanbai Matisakov hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra qırğızıstanlı nümayəndə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini ziyarət edib, burada yaradılan şəraitlə hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyib.