...

ANCA ABŞ seçkilərindən istifadə edir - konqresmenlər erməni səsləri müqabilində satılıb

Gündəm Materials 26 İyun 2024 19:22 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da seçkilər yaxınlaşdıqca erməni lobbisi öz maraqlarını təmin etmək üçün bütün imkanlardan istifadə edir. Amerikalı konqresmenlər bu işdə ona kifayət qədər kömək edirlər.

Bu yaxınlarda Amerika Erməni Milli Komitəsi (ANCA) Nümayəndələr Palatasında ermənilərin ən yaxın dostu Adam Şiff və daha 47 konqresmen adından məktub adlanan sənəd dərc edərək, 2023-cü ildə Qarabağı tərk edən ermənilərə dəstəyin artırılmasına çağırıb.

Adam Şiff əslində kimdir? Ermənipərəst fikirləri ilə tanınan demokrat konqresmen bütün siyasi karyerasını xeyriyyəçilik üçün ayrılan vəsaitləri mənimsəməklə keçirib. Hamı bilir ki, Şiff öz siyasi kampaniyalarına əsas donorlar da daxil olmaqla korporativ benefisiarlara böyük məbləğdə pul köçürüb.

Təbii ki, belə bir qalmaqaldan sonra nələrə əl atmayasan ki, bir daha seçicilərin, ən azı erməninin səsini qazanasan.

Bundan əlavə, bir neçə ay əvvəl ANCA ABŞ seçkilərində erməni seçicilərin səslərini sözün əsl mənasında hərraca çıxarmışdı. Demokratlara və Respublikaçılara hansı ştatlarda ermənilərin dəstəyini ala biləcəklərini görməyə imkan verən erməni-amerikan "swing state" (titrəyən ştatlar) layihəsini xatırlayaq. Görünür, hərrac başa çatıb və demokratlar mütləq çoxluğa malikdir.

Belə təsərrüat yarana bilərdi ki, Demokratların həqiqətən də başqa işi yoxdur? Ən azı partiyadaxili çəkişmələr məsələsi gündəmdə “Qarabağ ermənilərinin hüquqları”ndan daha üstün olmalıdır. Lakin, yox.

Bütün bu müraciətlər əvvəlcə gülünc görünürdü və bu gün də tamamilə mənasız olaraq qalır. Noyabrın 5-nə az qalmış və seçki yarışının qızışdığı bir vaxtda ermənilər yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etmək istəyirlər. Onlar səslərini alver edirlər və bunun müqabilində bəzi konqresmenlər heç olmasa bir neçə seçici əldə etmək üçün öz reputasiyalarını təhlükəyə atırlar. Bununla belə, həm ermənilərin, həm də onların satın alınmış amerikalı dostlarının həqiqətlə üz-üzə gəlməsinin və Cənubi Qafqazdakı yeni reallıqlarla barışmağın vaxtıdır – “Qarabağ ermənilərinin hüquqlarının pozulması” rəvayətləri artıq işləmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti