...

ABŞ HƏMAS-a Qəzzada atəşkəs üzrə yeni təklifi təqdim edib

Gündəm Materials 28 Mart 2025 06:50 (UTC +04:00)
ABŞ HƏMAS-a Qəzzada atəşkəs üzrə yeni təklifi təqdim edib

Bakı. Trend:

ABŞ amerikalı girov Edan Aleksandrı azad etmək və Qəzzada atəşkəs danışıqlarını bərpa etmək üçün Qətər vasitəçiləri vasitəsilə HƏMAS-a yeni təklif təqdim edib.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı İsrail və Amerika rəsmilərinə istinadən xəbər verib.

Bildirilib ki, təklifdə ABŞ prezidenti Donald Trampın E.Aleksanderin azadlığa buraxılması müqabilində Qəzzada sakitliyə və daimi atəşkəslə bağlı danışıqların bərpasına çağıran bəyanatla çıxış etməsi nəzərdə tutulur.

HƏMAS-ın bu təklifi qəbul edib-etməyəcəyi məlum deyil.

"Hələlik heç bir razılaşma yoxdur", - deyə Amerika rəsmisi bildirib.

İsrail rəsmisi deyib ki, yeni təklif “daha ​​çox tam aydın olmayan və ya işlənib hazırlanmamış bir ideyadır”.

Xəbər lenti

Xəbər lenti