...

Sumqayıtda və Qaradağda oğurluq edən şəxslər tutulub

Gündəm Materials 10 Aprel 2025 20:22 (UTC +04:00)
Sumqayıtda və Qaradağda oğurluq edən şəxslər tutulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağ rayonu ərazisində bir nəfərə məxsus yardımçı təssərrüfatdan 10800 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ RPİ 38-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar.

Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərin birindən 3500 manat dəyərində kompressoru oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti