...

Şəkidəki uşaq bağçasına basqın olub

Hadisə Materials 20 Oktyabr 2007 13:07 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Paytaxt Bakıdan 352 kilometr şimal-qərbdə yerləşən Şəki şəhərinin 24 saylı uşaq bağçasına basqın olub, Trend in bölgə müxbirinə şənbə günü Şəki şəhər Polis Şöbəsinin tədqiqat bölməsinin rəisi Siracəddin Rüstəmov bildirib. Onun sözlərinə görə, basqın zamanı uşaq bağçasına məxsus sənədlər və 100 manat oğurlanıb. Hadisə ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Etibar Şəfi oğlu Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

Hacıyev dindirilərkən törətdiyi cinayəti etiraf edib, uşaq baxçasına məxsus sənədlərin yandırıldığını və pulun xərcləndiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti