...

Daşkəsəndə azyaşlı uşaq özünü asıb

Hadisə Materials 12 Dekabr 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Gədəbəy / Trend müxbir G.Rafiqqızı/ Daşkəsən rayonunda 12 yaşlı uşaq valideynlərinin sözündən təsirlənərək özünə qəsd edib, çərşənbə günü Trend ə Gədəbəy rayon Polis İdarəsinin rəisi Arif Babayev bildirib. Onun sözlərinə görə, bazar günü günorta saatlarında rayonun Mədənçilər qəsəbəsində yaşayan Abbasovlar ailəsinin 1995-ci il təvəllüdlü azyaşlı nümayəndəsi özünü asıb. Polis rəisi intihar edən azyaşlı olduğundan onun kimliyi barədə məlumat verməyib.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma, zərərçəkmiş şəxsin onunla amansız rəftar etmə və ləyaqətini alçaltma (125-ci ) maddəsi ilə cinayət işi açılıb. Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti