Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir E.Cavadova/ Milli Məclisin deputatı avtomobil qəzasına düşüb. Yanvarın 21-də Milli Məclisin üzvü Gülər Əhmədova Xatai rayonu ərazisində avtomobil qəzasına düşüb. Hadisə saat 18 radələrində "Ramstor" mağazasının qarşısında baş verib. Deputatın idarə etdiyi avtomobil KamAz markalı betondaşıyan maşın ilə toqquşub. TrendLife-a verilən xəbərə görə, deputat yüngül xəsarət alıb və faktla bağlı araşdırma aparılır.