...

İstanbuldakı partlayış nəticəsində həlak olan azərbaycanlının cəsədi sabah vətənə göndəriləcək – səfir

Hadisə Materials 1 Fevral 2008 14:38 (UTC +04:00)
İstanbuldakı partlayış nəticəsində həlak olan azərbaycanlının cəsədi sabah vətənə göndəriləcək – səfir

Azərbaycan, Bakı, 1 fevral, / Trend , müxbir S.Ağayeva/ İstanbulda parltayış zamanı həlak olan azərbaycanlının cəsədi sabah vətənə göndəriləcək. Bu barədə cümə günü Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov Ankaradan telefonla məlumat verib.

Cümə axşamı, İstanublda corab fabrikində baş vermiş partlayış nəticəsində 22 nəfər həlak olub, 117 nəfər yaralanıb.

Həlak olan Azərbaycan vətəndaşı 1960-cı il təvəllüdlü Novruz Məmmədov partlayış nəticəsində uçan binanın yaxınlığındakı yuyucu maşınların təmiri üzrə emalatxanada işləyib. Həlak olanın ailəsi İstanbulda yaşayır. Səfir, Məmmədovun cəsədinin səfirliyin yardımı ilə sabah doğulduğu Naxçıvana göndəriləcəyini bildirib.

Şəhər qubernatoru türkiyəli jurnalistlərə partlayışın səbəbinin fabrikdə qanunsuz istehsal edilən pirotexnika ilə bağlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti