...

Azərbaycanın qərb bölgəsində zəlzələ olub

Hadisə Materials 29 Aprel 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Gədəbəy, 29 aprel / Trend , müxbir G.Rafiqqızı/ Daşkəsən rayonu ərazisində bu gün səhər 10:20 radələrində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanın gücü 12 ballıq cədvəl üzrə 2,5 bal gücündə olub.

Sakinlər yeraltı təkanı aydın hiss etdiklərini bildiriblər. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev Trend -a bildirib ki, zəlzələ nəticəsində tikintilərə heç bir ziyan dəyməyib.

Daşkəsən paytaxt Bakıdan 390 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti