...

Bakının ətrafında növbəti beton qarışdıran yük maşını aşıb

Hadisə Materials 8 İyun 2008 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir A.Qasımova/ Bakının ətrafında (Mərdəkan dairəsində) dairəyə daxil olarkən növbəti beton qarışdıran yük maşını aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə yerində Dövlət yol-patrul xidmətinin əməkdaşları çalışır.

Beton qarışdıran maşınlarının iştirakı ilə dairəvi kəsişmələrdə yol-nəqliyyat hadisələrinin cəmləşdiyi yer olub.

Anoloji hadisə, lakin ağır fəsadlarla keçən ayın sonlarında baş vermişdir. Beton qarışdıran yük maşını aşaraq yaxınlıqdakı Opel Vectra markalı minik avtomobilini öz altında əzmişdir.

Nəticədə gənc qız - Opel Vectra-nın sürücüsü həlak oldu.

Beton qarışdıran - beton düzəltmək üçün qummu, sementi, şebeni və suyu eyni vaxtda qarışdıran tikinti maşınıdır. Beton qarışdıran xüsusi təbillə təhciz edilir və betonu vaxtı-vaxtında tikinti aparılan yerlərə atdırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti