...

Azərbaycanda məcburi köçkünün maşınından 200 min dollardan artıq pul oğurlanıb

Hadisə Materials 12 İyun 2008 17:10 (UTC +04:00)

Azərbaycan,Bakı,12 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Şuşadan məcburi köçkün düşmüş Mübariz Quliyevin maşınından külli miqdarda pul oğurlanıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonundakı Murtuza Muxtarov küçəsində Mübariz Quliyevə məxsus "BMW-X5" markalı avtomaşının yük yerindən 190000 dollar və 10000 manat pul oğurlanıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.

Oğurluğu törədən şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti