...

Qubada yağan yağış küçələri su altında qoydu

Hadisə Materials 21 İyun 2008 22:12 (UTC +04:00)

Azərbaycan, Quba, 21 iyun/ Trend müxbir A.Qafarov/ Qubada yağan yağış küçələri su altında qoydu. Yerli vaxtla 17:40dan başlayan yağış 35 dəqiqə davam etdi. Bu müddət ərzində şəhərə 2 il ərzində yağmayan rekord yağıntı yağdı.

Quba regional hidrometeoroloji müəssisənin rəhbəri Şahbala Salmanov Trend un müxbirinə bildirib, ki yağış bir saatdan artıq yağsa idi şəhəri su basardı.

Quba Fövqaladə hallar Komisiyasının sədri Yusif Abudovun verdiyi məlumata görə, şəhərin infrastrukturuna ciddi ziyan dəyməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti