...

Azərbaycanda yanacaqdoldurma məntəqəsində sərnişin avtobusu yanıb

Hadisə Materials 24 İyun 2008 13:32 (UTC +04:00)
Azərbaycanda yanacaqdoldurma məntəqəsində sərnişin avtobusu yanıb

Azərbaycan, Lənkəran, 24 iyun / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonu ərazisində yanacaqdoldurma məntəqəsində sərnişin avtobusu yanıb.

Trend -un bölgə müxbirinin məlumatına görə, bu gün səhər saat 10:00 radələrində Ələt-Astara magistral yolunun 210-cu kilometrliyində Lənkəranın Digah kəndində 1969-cu il təvəllüdlü Əli Əliheydər oğlu Əzimova məxsus "PAZ" markalı şəhərdaxili sərnişin avtobusu yanacaqdoldurma məntəqəsində yanıb. Sərnişinlər avtobusu dərhal tərk etdiklərindən xəsarət alan yoxdur və yanğının yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb edilib.

Lənkəran rayon Fövqəladə Hallar Komissiyasından çərşənbə axşamı Trend -a bildiriblər ki, ilkin ehtimala görə avtobusda yanğının baş verməsinə elektrik naqillərinin qısa qapanması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti