...

Bakının mərkəzi küçələrini su basıb (fotosessiya)

Hadisə Materials 6 İyul 2008 10:15 (UTC +04:00)
Bakının mərkəzi küçələrini su basıb (fotosessiya)

Azərbaycan, Bakı, 6 iyul / Trend müxbir E.Məmmədov/ Bakının mərkəzi küçələrini su basıb. Söhbət Bakıxanov küçəsi və ətrafdakı yollardan gedir. İnsident gecəyarısı baş verib.

Trend -un müxbirinin hadisə yerindən verdiyi bilgiyə görə, Vaqif küçəsində magistral su borusu sıradan çıxıb. Gecə saat 4 radələrində suyun verilməsi dayandırılıb.

Ətraf binaların sakinləri gecə saatlarına baxmayaraq baş verənlərdən narahatçılıq keçirdikləri üçün küçəyə çıxıblar. Türkiyə səfirliyinin yerləşdiyi ərazidə, daha dəqiq desək Bakıxanov küçəsində nəqliyyatın hərəkəti dayandırılıb. Belə ki, bəzi maşınlar su altında qalıblar.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti