...

Azərbaycan Ordusunun əsgəri ölüb

Hadisə Materials 17 İyul 2008 13:09 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri ölüb

Azərbaycan, Bakı,17 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ordusunun əsgərini elektrik cərəyanı vurub.

Gəncə Hərbi Prokurorluğundan cümə axşamı Trend-News-a verilən məlumata görə, Gəncədəki N saylı hərbi hissənin əsgəri Musayev Tural çərşənbə günü elektrik cərəyanının vurması nəticəsində yerindəcə dünyasını dəyişib.

Musayev ötən ilin aprelində Bakının Nərimanov rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda (222.2) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti