...

Moskva kafelərindən birində baş vermiş partlayış nəticəsində hələk olmuş azərbaycanlının meyiti bu gün vətənə çatdırılacaq

Hadisə Materials 5 Sentyabr 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Novruzov/ Moskva baş vermiş partlayış nəticəsində yaralanmış beş şəxsin vəziyyəti orta ağır qiymətləndirilir, iki nəfər isə ağır vəziyyətdədir, - cümə günü   Trend -a telefonla Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri İlqar Hacıyev deyib.

"Bizdə olan məlumata görə, yas keçirilən kafedə əldüzəltmə bomba partlayıb", - Hacıyev bildirib. Partlayış nəticəsində bir həmvətənlimiz - 1953-cü il təvəllüdlü Hüseyn Əkbər oğlu Kərimov həlak olub. Onun meyiti dəfn olunmaq üçün bu gün vətənə çatdırılacaq", - Hacıyev vurğulayıb.

"Hüquq-mühafizə orqanları hadisənin istintaqını aparır", - Hacıyev qeyd edib.

Partlayış dünən təxminən saat 22.00-da General Belov, 25 küçəsində yerləşən Moskva kafelərinin birində baş verib. "İşə düşmüş partlayış qurğusunun gücü tratil ekvivalentində 400 qram təşkil edib", - cümə günü RİA Novosti-yə Moskvanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

"Bomba bolt və qaykalarla bağlanib. Güman edilir ki, cani onu portfelində və ya çantasında gətirib və masaların birinin altında qoyub", - mənbə eyd edib.  

Xəbər lenti

Xəbər lenti