...

Bakıda 84 yaşlı qadının evindən 90 min dollar oğurlanıb

Hadisə Materials 12 Sentyabr 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında 84 yaşlı qadının evindən küllü miqdarda pul oğurlanıb.

Səbail rayon Polis İdarəsindən (RPİ) cümə günü Trend -a verilən məlumata görə, sentyabrın 9-da İstiqlaliyyət küçəsi, dalan 5, ev 2, mənzil 26 ünvanda yaşayan Gülüstan Əliyevanın evindən 90 min ABŞ dolları oğurlanıb. Hadisə zamanı zərərçəkən evdə olmayıb.

RPİ-dən bildiriblər ki, hadisə ilə bağlı 10 nəfərdən artıq şəxs şübhəli şəxs qismində istintaqa çəlb edilib. Hazırda oğurluq hadisəsinin kim tərəfindən törədilməsinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Səbail RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.3.2-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, həmin şəxs əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti