Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir S.Kazımlı / Bakıda ata oğlunun pul borcunu ala bilmədiyi üçün ürək tutmasından ölüb. Mərhum ölümündən əvvəl özünə qəsd edib. Bu barədə Nərimanov rayon Prokurorluğundan çümə axşamı Trend -a məlumat verilib.
Prokurorluqdan bildiriblər ki, çərşənbə günü Xırdalan şəhər sakini Cilovxan Bağırov Nərimanov rayonu Heydər Əliyev küçəsində yerləşən "Evrika" Mənzil Tikinti Kooperativinə gələrək kooperativin onun oğluna olan 8 800 manat pul borcunu istəyib. Kooperativdən ona bildiriblər ki, pulu onun oğluna verə bilərlər. Bundan sonra Bağırov əsəbləşərək bıçaqla özünə xəsarət yetirib.
Bağırov aldığı xəsarətlərlə bağlı xəstəxanaya aparılıb. Orada həddən artıq əsəbləşən Bağırov ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]