...

"Azərkörpü" ASC-nin əməkdaşı yük maşınının altına düşərək ölüb

Hadisə Materials 28 Noyabr 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın şimal bölgəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verırb. "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşı yük maşınının altına düşərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a məlumat verilib.

Noyabrın 26-da Dəvəçi rayonundakı "Taxtakörpü" adlanan ərazidə "Azərkörpü" ASC tərəfindən inşa edilən su anbarında, orada usta işləyən Şəmkir rayon sakini Elxan Namazov Xaçmaz rayon sakini Polad Murtuzəliyevin idarə etdiyi "Mercedes" markalı yük avtomaşınının altina düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti