...

Azərbaycanın İranla sərhəd rayonundakı yol qəzasında ölən və yaralananlar var

Hadisə Materials 27 Dekabr 2008 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycanın İranla sərhəd Beyləqan rayonu ərazisində ağır yol- nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb, iki nəfər yaralanıb, - şənbə günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 26-da saat 21.00 radələrində Beyləqan rayonunun Xalac kəndində İmişli rayon sakini Taleh Məmmədovun idarə etdiyi "KamAz" markalı və Gəncə şəhər sakini İlyas Süleymanovun idarə etdiyi "QAZ-31" markalı avtomaşınlar toqquşub. Nəticədə, Süleymanov və həyat yoldaşı Şövkət Süleymanova, həmyerliləri Emin Hüseynov hadisə yerində keçiniblər,  sürücünün xəsarət almış oğlu Əliyar Süleymanovu və bacısı Bahar Süleymanovanı Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdiriblər.

Hadisə ilə bağlı Beyləqan RPŞ tərəfindən araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti