...

Azərbaycanın Gəncə şəhərində 11 nəfər buzda yıxılaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb

Hadisə Materials 5 Yanvar 2009 12:25 (UTC +04:00)

Azərbaycan, Gəncə, 05 yanvar / Trend , müxbir V.Məmmədov/ Yeni ilin ilk günlərində Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) hava şəraitinin şaxtalı keçməsi nəticəsində yolların buz bağlaması ilə əlaqədar 11 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb, bazar ertəsi Trend -a Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib.

Xəstəxananın travmatologiya şöbəsindən bildiriblər ki, hesabat dövründə şöbəyə 9 nəfər (3 nəfər 20 yaşa qədər, 4-ü 20-60 yaşa qədər, 2-si isə 60-70 yaş arasındadır) müxtəlif xəsarətlərlə müraciət edib və onlara ambulator tibbi yardım göstərilib.

Şəhərin Abbas Səhət adına Xəstəxanasına isə 2 nəfər müraciət edib ki, onlardan birinin vəziyyətini ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan isə qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti