...

Azərbaycanın cənubunda qoşulub qaçan qız qardaşını cinayətə sövq etdi

Hadisə Materials 17 Yanvar 2009 02:10 (UTC +04:00)

Azərbaycan, Bərdə, 17 yanvar/ Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Bərdə rayonu Uğurbəyli kənd sakini Abbasova Könül Əli qızı qoşulub Mehdiyev Teymur Vəli oğlu ilə qaçdı və bununla qardaşı Müzəffəri cinayətə sövq etdi.

Küçədə Teymurun qohumunun biri ilə qarşılaşan Müzəffər onunla mübahisə etməyə başlayıb. Nəticədə qızın qardaşı Məhərrəmov Mətləb Məhərrəm oğluna üç bıçaq zərbəsi endirib və hadisə yernindən uzaqlaşıb.

Xəsarət alan elə yerindəcə keçinib.

Bərdə rayon polis şöbəsindən verilən məlumata görə, qız könüllü qaçıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Abbasov Müzəffər Əli oğlu saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.

Bərdə prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti