...

Azərbaycanın cənub-qərbində minaya düşənlərin vəziyyəti ağırdır

Hadisə Materials 29 Yanvar 2009 16:11 (UTC +04:00)

Azərbaycan, Bərdə, 29 yanvar / Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın cənub - qərbində yerləşən Ağdam rayonunda yük maşını minaya düşüb və nəticədə xəsarət alan üç rayon sakini xəsarət alıb.

Trend -un məlumatına görə, cümə axşamı saat 14-15 radələrində rayonun Hacıməmmədli kəndi yaxınlığında "Qazel" markalı yük maşını minaya düşüb.

Nəticədə, üç mülki şəxs -- Razi Tağıyev (1984 - cü il), Anar Səfərov (1983 - cü il) və Şükür Məmmədov ağır yaralanıb.

Hər üç  yaralı Quzanlı Hərbi Hospitalına yerləşdirilib. Hospitaldan onların vəziyyətinin ağır olduğu bildirilib.

Rayon polis şöbəsi faktla bağlı araşdırmaya başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti