...

Sel nəticəsində Azərbaycanın qərbində bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Hadisə Materials 4 Avqust 2009 11:50 (UTC +04:00)
Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 420 kilometr məsafədə) Ağstafa rayonunda sel nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Sel nəticəsində Azərbaycanın qərbində bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 04 avqust / Trend , muxbir K. Zərbalıyeva /

Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 420 kilometr məsafədə) Ağstafa rayonunda sel nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ağstafa rayon prokuroru Mübariz Nəcəfov çərşənbə axşamı Trend -a bildirib ki, dünən axşam rayonda yağan güclü yağış zamanı rayonun Dağkəsəmən kənd sakini 62 yaşlı Suğra Yolçuyevanı sel aparıb.

Prokuror bildirib ki, gecə saat dörd radələrində Yolçuyevanın həyətini su basması nəticəsində onu sel aparıb və meyidi Qazax şəhəri ərazisindən tapılıb. Həmin kənd sakinləri Ərəbov Vasil Elviz oğlu (1989) və Ərəbov Murad Vasil oğlu (1969) ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Nəcəfov bildirib ki, həmin şəxslər evdə divarın aşması nəticəsində xəsarət alıblar.

Guclü yağışlar nəticəsində rayona ciddi ziyan dəyib, Dağkəsəmən kəndinin ərazisinin yarısını su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın nəticələri aradan qaldırılır.



Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti