...

"Kramko" gəmisinin qəzaya uğraması nəticəsində xilas edilən azərbaycanlılar arasında heç kəs xəsarət almayıb – səfir (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Sentyabr 2009 14:23 (UTC +04:00)

Red: üçüncü abzasdan əlavə olunub - konsulun qəzanın səbəbləri barədə şərhləri.

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

Qara dənizdə, Türkiyənin İstanbul şəhərinin Kulos ərazisi yaxınlığında "Kramko" (Kramco) gəmisinin bazar ertəsi qəzaya uğraması nəticəsində zərər çəkən azərbaycanlıların - ekipaj üzvlərinin vəziyyəti stabildir, bu barədə Trend -a İstanbuldan telefonla Azərbaycanın Türkiyədəki konsulu Səyyad Aran xəbər verib.

"Gəminin ekipajını dərhal xilas etmək mümkün oldu və onların hamısı xəstəxanaya çatdırılıb. Orada onlara ilkin tibbi yardım göstərilib" - Aran bildirib.

Ekipajın bütün üzvləri xilas edilib. Qəza sahilə yaxın baş verdiyindən həlak olan və xəsarət alan yoxdur.

Konsulun sözlərinə əsasən, qəzanın səbəbi pis hava şəraiti və dalğanın zərbəsi ilə əlaqəlidir ki, bunun da nəticəsində gəmi iki hissəyə bölünüb.

"Hazırda ekipaj "Agenda - 34" gəmçilk idarəsindədir və qəzanın təfsilatlarının aydınlaşdırılmasına kömək edir", - Aran bildirib.

"Azərbaycan vətəndaşları gəmi haqqında və hadisənin təfsilatlarına dair bütün məlumatlar toplandıqdan sonra Bakıya qayıdacaqlar", - o bildirib.

"Zərər çəkən azərbaycanlıların siyahısı Azərbaycanın İstanbuldakı konsulluğunda var və konsulluq onların vətənə qayıtmasına kömək etməyə hazırdır",  - Aran əlavə edib.

Konsulluq Azərbaycan vətəndaşlarının siyahısını təqdim etməkdən imtina edib.

Türkiyənin İstanbul şəhərinin Kulos ərazisi yaxınlığında Kambodja bayrağı altında üzən, göyərtəsində azərbaycanlıların olduğu "Kramko" (Kramco) gəmisi Qara dənizdə qəzaya uğrayıb.

Aranın sözlərinə əsasən, gəmidə olan 12 nəfərlik heyətin səkkiz üzvü Azərbaycan vətəndaşı, ikisi gürcü, biri ukraynalı və bir türk vətəndaşı olub.

Gəmidən həyacan siqnalı yerli vaxtla təqribən saat 17:30-da gəlib, NTV teleşirkəti xəbər verib. Qəza yerinə xilasetmə bölmələri göndərilib.

Əvvəlcə komandanın doqquz üzvü evakuasiya edilib, sonra isə daha üçü nəfər xilas edilib, telekanal xəbər verir. NTV-nin məlumatına əsasən, güclü fırtınanın çətinləşdirdiyi xilastemə işlərində Türkiyənin sahil mühafizə xidmətinin katerləri və vertolyotları iştirak edib.

Müşahidəçilər qeyd edirlər ki, İstanbul növbəti dəfə 12 milyonluq meqapolis üçün gözlənilməz nəticələr törədə biləcək ekoloji qəzadan yayına bildi.

İstanbulu ikiyə ayıran Bosfordan hər il təxminən 150 milyon ton neft daşıyan yüz minlərcə gəmi keçir.

Xəbər lenti

Xəbər lenti