...

Güclü yağışlar nəticəsində Hacıqabulda dörd ev qəzalı vəziyyətə düşüb

Hadisə Materials 22 Sentyabr 2009 13:43 (UTC +04:00)
Güclü yağışlar nəticəsində hazırda Hacıqabul rayonunda dörd yaşayış evi qəzalı vəziyyətə düşüb. Hacıqabul rayonunun fövqaladə hallar komissiyasının məlumatına əsasən, iki ev qismən dağılıb.
Güclü yağışlar nəticəsində Hacıqabulda dörd ev qəzalı vəziyyətə düşüb

Azərbaycan, Bakı, 22 sentyabr /T rend News, müxbir A.Hüseynbala /

Güclü yağışlar nəticəsində hazırda Hacıqabul rayonunda dörd yaşayış evi qəzalı vəziyyətə düşüb. Hacıqabul rayonunun fövqaladə hallar komissiyasının məlumatına əsasən, iki ev qismən dağılıb.

Həmin evlərin sakinləri hazırda qonşulara və qohumlarının evlərinə köçürülüb.

110 kVt-luq elektrik yarımstansiyasının işi bərpa edilib. Hazırda nasoslar vasitəsi ilə evlerin qurunt suları təmizlənir.

Bazar günü Nəvahi və Rəncbər kəndləri ərazisində baş verən güclü yağışlar nəticəsində 300 evi su basıb. Hacıqabul rayon mərkəzinin ərazisi də su altında qalıb. Eləcə də Neftçala və Şirvan rayonlarına ciddi ziyan dəyib.

Hadisə yerində fövqaladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, həmçinin "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Priverdiyev olub. Fövqaladə hallar naziri departamentin əməkdaşlarına ən qısa müddətdə təbii fəlakətin nəticələrini aradan qaldırmağı tapşırıb. Hazırda rayonda fövqaladə hallar nazirinin müavini Etibar Mirzəyevin başçılğı altında qərargah fəaliyyət göstərir.

Rayonun kənd təsərrüfatına, xüsusilə maldarlığa ciddi ziyan dəyib. Hacıqabul rayonunun təxminən 70 faizini su basıb. Dəmir yollarının təxminən 300 metri sıradan çıxıb. Əhali arasında ölən yoxdur.

Xəbər lenti

Xəbər lenti