...

Azərbaycanda məhkəmə prosesi zamanı təqsirləndirilənlər intihar etmək istəyib

Hadisə Materials 8 Oktyabr 2009 15:00 (UTC +04:00)
Trend News-un Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə iştirak edən əməkdaşının məlumatına görə, cümə axşamı Natiq və Namiq Zeynalovların cinayət işi üzrə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Azərbaycanda məhkəmə prosesi zamanı təqsirləndirilənlər intihar etmək istəyib

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda məhkəmə prosesi zamanı təqsirləndirilənlər intihar etmək istəyib.

Trend -un Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə iştirak edən əməkdaşının məlumatına görə, cümə axşamı Natiq və Namiq Zeynalovların cinayət işi üzrə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Namiq Zeynalova 3, Natiq Zeynalova isə 12 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.

Prokurorun çıxışından sonra təqsirləndirilənlər etiraz olaraq damarlarını doğramaq istəyiblər. Penitensiar Xidmətin təqsirləndirilən şəxslərə nəzarəti həyata keçirən əməkdaşları onlara mane olmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Onların bu tədbirindən sonra təqsirləndirilənlərin intihar etməsinin qarşısı alınıb.

Zeynalovlar bu ilin iyununda Bakının Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə satdıqları üçün saxlanılıb və onlardan 1 kiloqram tiryək və 1 kiloqrama yaxın heroin götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti