Azərbaycan, Bakı, 31 oktyabr / Trend , muxbir H.Bağıov/ Azərbaycan paytaxtında polis idarəsinin əməkdaşı intihar edib.
Suraxanı rayon prokurorluğundan şənbə günü Trend -a verilən məlumata görə, Abşeron Rayon Polis Polis İdarəsinin dəftərxanasının müdürü 57 yaşlı Nizami Balayev Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki mənzilində özünü asıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]