Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir T.Cəfərov/
Bakının Binəqədi yolunda Emil Petrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında ağır yol qəzası baş verib. İki sərnişin avtobusunun toqquşması nəticəsində hər iki sürücü həlak olub.
Hadisə təxminən bu gün saat 7:30 radələrində baş verib. Şahidlərin sözlərinə görə, 106 və 165 nömrəli avtobuslar toqquşub. 165 nömrəli avtobusun içində bir neçə sərnişin olub, 106 nömrəli avtobus isə boş olub.
Binəqədi polis bölməsindən Trend -a verilən məlumata görə, hadisə zamanı beş nəfər ölüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]