...

Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolundakı sürüşmə zonasında alternativ yolun bu gün açılması gözlənilir - FHN

Hadisə Materials 12 Fevral 2010 11:11 (UTC +04:00)
Bu barədə cümə günü Trend News-a məlumat verən İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bildirib ki, hazırda sürüşmə zonasında iş davam edir.
Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolundakı sürüşmə zonasında alternativ yolun bu gün açılması gözlənilir - FHN

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Muğanlı-İsmayıllı avtomobil yolundakı (paytaxt Bakıdan təxminən 170 kilometr aralı) sürüşmə zonasında alternativ yolun günün sonunadək açılması gözlənilir. Bu barədə cümə günü Trend -a məlumat verən İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rəfael Əhmədov bildirib ki, hazırda sürüşmə zonasında iş davam edir.

Fevralın 10-da Muğanlı-İsmayıllı avtomobil yolunun ikinci kilometrliyində torpaq sürüşməsi baş verib. Sürüşmə zonasında yolun 12 metr enində təxminən 500 metrlik hissə tamamilə dağılıb, ərazidə 1-3 metr dərinlikdə yarğanlar əmələ gəlib. Sürüşmə nəticəsində avtomobillərə ziyan dəyməyib, sərnişinlər xəsarət almayıb.

Əhmədov bildirb ki, ərazidə sürüşmə hələ ki, fasilələrlə davam edir.

Həmin yol ölkə paytaxtını şimal qərb regionu ilə birləşdirən əsas yoldur.

Hadisənin baş verdiyi ərazi daimi sürüşmə zonasına aiddir və belə hallar payız-qış aylarında, yağıntılarla əlaqədar olaraq mütəmadi baş verir.

Xəbər lenti

Xəbər lenti