...

Azərbaycanın Tərtər rayonunda yağan intensiv yağış bəzi evləri yararsız hala salıb

Hadisə Materials 1 Aprel 2010 10:52 (UTC +04:00)
Azərbaycanın cənub-qərbində yerləşən Tərtər rayonunda yağan intensiv aramsız yağış nəticəsində rayonun Mamırlı kəndində yaşayan məcburi köçkünlərin bəzi evləri yararsız hala düşüb.
Azərbaycanın Tərtər rayonunda yağan intensiv yağış bəzi evləri yararsız hala salıb

Azərbaycan, Bərdə, 1 aprel /Trend, müxbir Ş.Cəliloğlu/

Azərbaycanın cənub-qərbində yerləşən Tərtər rayonunda yağan intensiv aramsız yağış nəticəsində rayonun Mamırlı kəndində yaşayan məcburi köçkünlərin bəzi evləri yararsız hala düşüb.

Trend-in bölgə müxbirinin məlumatına görə, aprelin 1-nə keçən gecədən yağan aramsız yağış selə çevrilib və Mamırlı kəndində yaşayan məcburi köçkünlərin evlərinə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub və evlər sulardan nasoslar vasitəsilə təmizlənib.

Ciddi ziyan dəyən evlərin sakinləri isə ərazidən evakuasiya olunub.

Tərtər paytaxt Bakıdan 380 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti