...

Azərbaycanın paytaxtındakı yaşayış evində partlayış baş verib - FHN

Hadisə Materials 12 Aprel 2010 12:58 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus - ümumi sahəsi 45 kv.m olan üçotaqlı mənzilin mətbəxində partlayış baş verib.
Azərbaycanın paytaxtındakı yaşayış evində partlayış baş verib - FHN

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus - ümumi sahəsi 45 kv.m olan üçotaqlı mənzilin mətbəxində partlayış baş verib.

Partlayış zamanı yanğın olmayıb.

Nəticədə, mətbəxdə qapı-pəncərə çərçivələri və aynabənd uçub, ev sahibinin oğlu yanıq xəsarəti alıb. Zərərçəkmiş xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti